Hələbə aviasiya hücumu nəticəsində 25 nəfər həlak olub - VİDEO

Hələbə aviasiya hücumu nəticəsində 25 nəfər həlak olub - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 08:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Suriya Hərbi Hava Qüvvələri Hələb şəhərinin üsyançılar tərəfindən nəzarət olunan məhəllələrinə hücum ediblər.

APA-nın “Deutsche Welle” agentliyinə istinadən verdiyi məlumata görə, aviasiya hücumu nəticəsində ən azı 25 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq da var.

Suriya hökuməti isə bildirir ki, hücum nəticəsində onlarla terrorist öldürülüb, çoxlu sayda hərbi sursat, yaraqlıların istifadə etdiyi avtomobil məhv edilib.

Qeyd edək ki, Hələb şəhəri iki həftədir hökumət qüvvələri tərəfindən şiddətli hücumlara məruz qalır. Hücumlar nəticəsində 400 nəfərdən çox adam həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR