Azərbaycan sərhədçiləri İrandan narkotik vasitələrin gətirilməsinin qarşısını alıblar

Azərbaycan sərhədçiləri İrandan narkotik vasitələrin gətirilməsinin qarşısını alıblar
# 24 fevral 2014 12:46 (UTC +04:00)

Bu barədə APA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Fevralın 9-u saat 23:00 radələrində Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətinə 2 nəfər tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları geriyə qaçmağa cəhd ediblər. Həyata keçirilən tədbirlər nəticəsində İran vətəndaşları 1995-ci il təvəllüdlü Məmmədzadə Səid Mustafa və 1989-cu il təvəllüdlü İbrahimi Tohid Əli saxlanılıb.

Fevralın 14-də saat 21:00 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər İran vətəndaşı – 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddəm Həsən saxlanılıb. Sərhəd pozucularının üzərinə baxış zamanı 7 kq tiryək, 350 qram heroin, 3270 qram marixuana və 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR