Tanışını qətlə yetirən qadının məhkəməsi başlayıb

Tanışını qətlə yetirən qadının məhkəməsi başlayıb
# 27 dekabr 2013 14:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirən Mədinə Mirsəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, M. Mirsəliyeva evli olmasına baxmayaraq Elçin Allahvverdiyevlə yaxın münasibətdə olub. Təhqiqat zamanı məlum olub ki, qadın və kişi qaçqınlar və məcburi köçkünlər üçün yataqxanada, eyni mərtəbədə yaşayıblar və qapıbir qonşu olublar. Hadisəyə Elçinin ailə həyatı qurması səbəb olub. Bundan qəzəblənən Mədinə sevgilisini toyundan üç gün sonra bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR