Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 may 2014 00:24 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosuna BDYPİ-ndən verilən məlumata görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Şıxəli Cavanşir oğlunun idarə etdiyi dövlət nömrə nişanı olmayan qoşqulu traktorla OKA markalı 10 XN 598 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub.

Nəticədə OKA markalı avtomobildə olan sərnişin qəza yerində ölüb, avtomobilin sürücüsü isə ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, traktorun sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerində olan müstəntiq gecə saatlarında Şırvan morquna yerləşdirilən ölən sərnişinin və koma vəziyyətində olan OKA markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən edə bilməyib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR