Argentina Senatı və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiqlənib

Argentina Senatı və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiqlənib
# 27 iyun 2014 07:50 (UTC +04:00)

Bakı – APA. Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Senatda Azərbaycanla parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycanla parlamentlərarası dostluq qrupunun 8 üzvü vardır.

Hər iki ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra bütün parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR