Ukrayna səfiri: “Əminik ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozmayacaq”

Ukrayna səfiri: “Əminik ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozmayacaq”
# 27 fevral 2014 09:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Krımdakı durumu şərh edərkən deyib.

Krıma əlavə rus qoşunlarının gəldiyi haqda məlumatsız olduqlarını bildirən diplomat lazım olacağı təqdirdə beynəlxalq ictimaiyyətə müraciət edəcəklərini qeyd edib.

“Biz əminik ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozmayacaq. Heç bir yerdə bəyan edilməyib ki, Rusiyanın Krımla bağlı iddiaları var. Müəyyən qüvvələrin qarşıdurması var, bu normal haldır. Krımda baş verənlər Ukraynanın daxili işidir, bunları həll edəcəyik”, - deyə o vurğulayb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR