«VTB-Azərbaycan» bankı işçi personalının sayını artırır

«VTB-Azərbaycan» bankı işçi personalının sayını artırır
# 05 mart 2014 11:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin mart ayında «Bank VTB (Azərbaycan)» ASC-nin əməkdaşlarının sayı 300 nəfərə çatacaq. Bu barədə «APA-Economics»ə «Bank VTB (Azərbaycan)»ın İnsan resursları İdarəsinin rəis müavini Gülşən Həmidova bildirib.

Hazırda bankın kadr heyətinin sayı 290 nəfərdir və mart ayının sonunadək işçi personalının sayının artacağını qeyd edən G.Həmidova xatırladıb ki, 2013-cü ilin III rübünün sonunda «Ekonomist» analitik jurnalında dərc olunmuş Azərbaycan banklarında kadr heyətinin artması dinamikası üzrə reytinq cədvəlində «VTB-Azərbaycan» birinci yerə çıxıb.

İdarənin rəis müavini qeyd edib ki, bankın maliyyə göstəriciləri ilə kadr heyətinin artması dinamikasını müqayisə edərək bankın səmərəli fəaliyyətini qiymətləndirmək mümkündür. Belə ki, bankın 2013-cü ilin yekunlarına görə aktivləri 2,4 dəfə, kadr heyətinin sayı isə cəmi 50% artıb. Bankdan bildirilib ki, «Bank VTB (Azərbaycan)»da kadr seçimi və metodikası VTB qrupunun geniş təcrübəsinə əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR