DİN-də təltif edilmiş polis əməkdaşlarına mükafatlar təqdim edilib

DİN-də təltif edilmiş polis əməkdaşlarına mükafatlar təqdim edilib
# 09 dekabr 2013 13:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyində (DİN) polis günündə təltif edilmiş əməkdaşların mükafatı təqdim edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 9-da DİN-də bu il Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş mərasim keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq ölkə başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, bu mənada son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulayıb.

1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları və fəxri adlar ilə təltif olunduğunu vurğulanıb, diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR