Bakıda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının sərgisi keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının sərgisi keçiriləcək
# 02 aprel 2014 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakının “Gallery 1969” sərgi salonunda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərlərindən ibarət “Fərqli baharlar” sərgisi keçiriləcək.

APA-nın məlumatına görə, aprelin 4-dən 9-dək keçiriləcək sərgidə impressionizm üslubunda 60-a yaxın əsər nümayiş olunacaq. Açılış mərasimində tanınmış ictimai xadimlər, rəssamlar, dövlət məmurları, səfirlər və diplomatik korpus nümayəndələri iştirak edəcəklər.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR