«Unibank»ın stimullaşdırıcı lotereyasının qalibləri məlum olub

«Unibank»ın stimullaşdırıcı lotereyasının qalibləri məlum olub
# 11 sentyabr 2013 15:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin 3 aydan artıq davam edən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının qaliblərinin adları açıqlanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, lotereyanın əsas mükafatı olan «Chrysler 200 Touring 2.4» avtomobilini bankda depozit açan Samiq Nəsirov qazanıb.

Müsabiqə Komissiyasının və kampaniya müddətində «Unibank»da depozit hesabı açan müştərilərdən bir hissəsinin iştirakı ilə elektron püşkatma qaydasında aparılan seçim nəticəsində daha 20 əmanətçinin hər biri 500 manatlıq pul mükafatı qazanıb.

Qaliblər sentyabrın 16-da saat 11:00-da «Unibank»ın R.Behbudov,55 ünvanında yerləşən baş ofisinə dəvət olunacaq və mükafatlar onlara təqdim ediləcək. Artıq bütün qaliblər bununla bağlı məlumatlandırılıb.

Qeyd edək ki, mayın 20-dən avqustun 31-dək keçirilən lotereyanın şərtlərinə əsasən, kampaniya dövründə «Unibank»a ən azı 12 ay müddətinə, minimum 100 AZN/USD/EUR məbləğdə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddətini ən azı 12 ay uzadan müştərilər, stimullaşdırıcı lotereya oyununda iştirak ediblər. Hər 100 AZN/USD/EUR həcmində əmanət bir şans kimi dəyərləndirilib.

Ümumilikdə, kampaniya 4 897 əmanətçini əhatə edib, lotereyanın keçirildiyi müddət ərzində cəlb olunan depozitlərin sayı 6 073, mümkün şansların sayı isə 964 420 olub. Kampaniya dövründə bankın depozit portfeli 28 mln. manatdan çox artıb ki, bu da ümumi depozit portfelinin 9%-nə bərabərdir. Fiziki şəxslər tərəfindən banka cəlb edilən vəsaitlər hesabına avqustun 31-nə olan məlumata görə, «Unibank»ın ümumi depozit portfeli 350 mln. manatı ötüb. Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda «Unibank»da depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR