Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
# 17 aprel 2014 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, forum ASA-nın təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə iyunun 19-20-də baş tutacaq.

ASA-nın sədri Orxan Bayramov bildirib ki, forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı tendensiyalar və əməkdaşlıq imkanları müzakirə ediləcək.

Forumda müzakirə ediləcək əsas məsələlər aqrar sığorta, fəlakət risklərindən sığorta, təkrar sığorta, tibbi sığorta, o cümlədən icbari tibbi sığortanın tətbiqi, avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsi olacaq. Eləcə də, tədbirdə 2013-14-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, Qafqaz regionda Yaşıl kart sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Forumda yerli və xarici sığorta bazarını təmsil edən 250-dən artıq şirkətin nümayəndələrinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR