“Şagird-məzun” sisteminə 204272 şagird barədə məlumatlar təqdim edilib

“Şagird-məzun” sisteminə 204272 şagird barədə məlumatlar təqdim edilib
# 26 fevral 2014 08:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumtəhsil müəssisələri tərəfindən sistemə 204272 şagird barədə məlumatlar təqdim edilib. Onlardan 32195 şagirdin (64,72%) məlumatları sistemə daxil olunub, 55075 şagirdin (26,96%) məlumatları təsdiq olunub.

TQDK təhsil müəssisələrinin nəzərinə çatdırır ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir. Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR