Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 04 fevral 2014 02:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus "Azsamand" markalı minik avtomobili ilə sahibi məlum olmayan "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı "QAZ" markalı minik avtomobildə şəxsiyyəti məlum olmayan yanmış meyit aşkar edilib. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR