Azərbaycanda teleradio sahəsində çalışan mütəxəssislər üçün kurslar keçiriləcək - FOTO

Azərbaycanda teleradio sahəsində çalışan mütəxəssislər üçün kurslar keçiriləcək - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 12:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Hazırda Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək hər hansı bir ciddi problemimiz yoxdur. Aparılmış monitorinq və müzakirələr sadəcə teleradio mətbəximizdə vəziyyətin daha yaxşı olması məqsədinə xidmət edir”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, MTRŞ fəaliyyət göstərdiyi 11 il ərzində teleradio yayımçılarının dövlət dilindən istifadə məsələsi şura üçün prioritet istiqamətlərdən olub Q.Cəbiyev qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müəyyən bir bəndində televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi nəzərdə tutur. Bu istiqamətdə Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutu ilə birlikdə müvafiq kursların təşkili üzərində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR