3 min ədəd Quran nüsxəsini yandırmağa cəhd edən amerikalı pastor azadlığa buraxılıb

3 min ədəd Quran nüsxəsini yandırmağa cəhd edən amerikalı pastor azadlığa buraxılıb
# 12 sentyabr 2013 21:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatında 3000-dək Qurani-Kərim nüsxəsini yandırmağa cəhd edərkən həbs olunan amerikalı pastor Terri Cons girov müqabilində azadlığa buraxılıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, polis Terri Consu və onun köməkçisini Florida ştatının Malberri şəhərində sentyabrın 11-dən 12-nə keçən gecə həbs edib. Din xadiminin idarə etdiyi yük maşınının qoşqusunda kerosinlə isladılmış 2998 ədəd Quran nüsxəsi aşkarlanıb. Pastor deyib ki, yandırmaq istədiyi Quran nüsxələrinin sayı 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş faciə qurbanlarının sayına bərabər olub.

Polis nümayəndəsi bildirib ki, həbs olunanların hər biri 2500 dollar məbləğində girov ödəyərək azadlığa buraxılıb. Onlar “təhlükəli materiallar” saxlamaqda ittiham olunurlar. İş üzrə ilk dinləmələr oktyabrın 15-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR