Tiflisdə yeni metro stansiyası tikiləcək

Tiflisdə yeni metro stansiyası tikiləcək
# 09 avqust 2013 16:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında yeni metro stansiyası inşa olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Narmaniya jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, yeni stansiya “Universitet” adlanacaq: “Tezliklə tikinti ilə bağlı tender elan olunacaq. Hazırda ekspertlər layihənin texniki tərəflərini öyrənirlər. Layihəni Asiya İnkişaf Bankı maliyyələşdirəcək”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR