28 May-Respublika günü ilə əlaqədar Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir

28 May-Respublika günü ilə əlaqədar Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir
# 29 may 2014 15:11 (UTC +04:00)

Bakı-APA. Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə ən səmimi salamlarımı və xoş arzularımı qəbul edin. Bolqarıstan ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir. Qəti əminəm ki, xalqlarımızın rifahına xidmət edən, sıx əməkdaşlığa və inama əsaslanan bu münasibətlərin inkişafını gələcəkdə də davam etdirəcəyik. Sizi tezliklə Bolqarıstan torpağında salamlayacağıma ümid edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha ehtiramımı bildirirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Azərbaycanın dövlət başçısını həmçinin Mərakeş Kralı VI Məhəmməd, Yaponiya İmperatoru Akihito, Malayziya Sultanı Badlişah, İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva və “Mir” dövlətlərarası teleradio şirkətinin sədri Radik Batırşin təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR