Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıdır

Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıdır
# 03 dekabr 2013 08:51 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Acay Şarmanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Tehrana gələcək.

APA-nın məlumatına görə, bu barədə brifinqdə jurnalistlərin sualına cavabında İran XİN-in mətbuat katibi Mərziyyə Əfxəm bildirib ki, səfər zamanı diplomat Tehrandakı Böyük Britaniya nümayəndəliyinin binası ilə tanış olacaq, İran XİN-də görüşlər keçirəcək.

M.Əfxəm əlavə edib ki, bundan sonra İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili də Londona səfər edərək orada XİN-in rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildən sonra kəsilib. Buna səbəb 2 il əvvəl Tehranda baş verən iğtişaşlar zamanı nümayişçilərin səfirliyə hücum etməsi və diplomatik nümayəndəliyə ciddi ziyan vurması olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunmağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR