Cənub-Çin dənizi üzərində yoxa çıxan, göyərtəsində 239 nəfər olan Malayziya təyyarəsinin axtarışlarına 40 gəmi və 22 təyyarə cəlb olunub

Cənub-Çin dənizi üzərində yoxa çıxan, göyərtəsində 239 nəfər olan Malayziya təyyarəsinin axtarışlarına 40 gəmi və 22 təyyarə cəlb olunub
# 09 mart 2014 08:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Malayziyanın Milli İnformasiya Agentliyi BERHAMA xəbər yayıb.

Malayziyanın baş naziri Nəcib Razak bildirib ki, təyyarənin axtarışlarına Vyetnam, Çin, Sinqapur, ABŞ və Filippinin hərbi və xilasedici xidmətləri cəlb olunub.

Qeyd edək ki, Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarə martın 8-də Malayziya vaxtı ilə saat 02.40-da Cənub-Çin dənizi üzərində radarlardan itib.

Təyyarə radarlardan itərkən hava yaxşı olub, təcrübəli təyyarəçilərin idarə etdiyi hava gəmisi uçuşdan əvvəl tam texniki yoxlamadan keçirilib.

Təyyarədəki sərnişinlərindən 154-ü Cin və Tayvandan, 38-i Malayziyadan, 7-si İndoneziyadandır. Bundan başqa, göyərtədə 6 avstraliyalı, 5 hind, 4 fransız, 3 ABŞ vətəndaşı, Yeni Zelandiya, Ukrayna və Kanadanın hər birindən 2, Rusiya, İtaliya, Niderland və Avstriyanın hər birindən isə bir vətəndaş olub.

Lakin araşdırmalar nəticəsində müəyyənləşib ki, sərnişinlərdən ən az 4-ü saxta pasportlarla təyyarəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR