FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb

FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb
# 11 iyun 2014 02:56 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyunun 10-da axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib.

Gəncə, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub. Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb. Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR