Türkiyədə sutka ərzində iki zəlzələ qeydə alınıb

Türkiyədə sutka ərzində iki zəlzələ qeydə alınıb
# 01 may 2014 01:41 (UTC +04:00)

Bakı – APA. Ötən axşam Türkiyənin Van əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, dağıntı və tələfat olmayıb.

Bundan əvvəl Türkiyənin cənubi-şərqində, İzmir əyalətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR