Rusiya Federasiya Şurası Putinin müraciətinə müsbət cavab verib, Ukraynaya qoşun yeridiləcək - VİDEO - YENİLƏNİB

Rusiya Federasiya Şurası Putinin müraciətinə müsbət cavab verib, Ukraynaya qoşun yeridiləcək - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2014 16:28 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edib.

Bu arada Rusiya hərbçiləri ilə dolu yük avtomobillərinin Ukraynanın Zaporojye vilayəti ilə irəlilədiyi məlum olub. Maşın karvanının Çonqar yarımadasından keçdiyi bildirilir. Kiyevdə mərkəzi hakimiyyət bu haqda xəbərdar olsa da, hələlik heç bir addım atmır.

***

18.36

Bakı – APA. Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi əsaslandırılır.

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”, - deyə Rusiya prezidentinin müraciətində vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR