Bakıda ötən il törədilən quldurluq faktında şübhəli bilinən şəxs saxlanılıb

Bakıda ötən il törədilən quldurluq faktında şübhəli bilinən şəxs saxlanılıb
# 28 fevral 2014 08:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 20 dekabr 2013-cü il tarixdə naməlum şəxs Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində yaşayan Dürdanə Museyibovanın mənzilinə pəncərəni sındıraraq daxil olub, mətbəxdən götürdüyü bıçaqla onu hədələyərək 1000 manat pulunu və mobil telefonunu götürüb. Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Vüsal Əkbərov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR