Sabah dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir - VİDEO

Sabah dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir - <span style="color: red;">VİDEO
# 12 mart 2014 09:26 (UTC +04:00)

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR