Azərbaycanda avtomobil sığortası ödənişlərinə köhnəlmə əmsalı tətbiq ediləcək

Azərbaycanda avtomobil sığortası ödənişlərinə köhnəlmə əmsalı tətbiq ediləcək
# 10 iyun 2014 12:39 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər.

Avtomobilin tam məhvi və avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi hallarında sığorta şirkətləri sığorta ödənişi verərkən köhnəlmə əmsalı tətbiq edə bilməz. Köhnəlmə əmsalı avtomobilin keçdiyi məsafəyə və avtomobilin istismar müddətinə görə müəyyən olunacaq. Köhnəlmə əmsalı avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50%-dən çox olmamaqla tətbiq ediləcək. Sığorta müqaviləsində köhnəlmə əmsalı nəzərdə tutulduqda, zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab ediləcək.

Avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

S/s

Mühərrikin növü

Mühərrikin isçi həcmi
(sm)

Hər keçilmış 1000 km məsafəyə görə, %-lə

1.

Benzin

1500-dək

0,35

1600

0,20

1800

0,15

2000

0,17

2000-dən yuxarı

0,20

2.

Dizel

İstənilən həcmdə

0,20

3.

Turbo-dizel

İstənilən həcmdə

0,25

Avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

1 il ərzində keçilmiş orta məsafə

(min km)

2-dək

2-5

5-10

10-15

15-20

20-30

30-40

40-60

60-100

100-dən çox

Tam 1 il üçün, %-lə

1,60

1,45

1,25

1,05

0,85

0,80

0,75

0,65

0,60

0,55

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR