Mingəçevir sakini oğurladığı avtomobillə yol qəzası törədib

Mingəçevir sakini oğurladığı avtomobillə yol qəzası törədib
# 01 aprel 2014 07:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Mingəçevir şəhər sakini oğurladığı avtomobillə yol qəzası törədib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü İlyas Yusif oğlu Əhmədov rayon ərazisində Taleh Nəbiyeva məxsus “Volksvagen” markalı avtomobili oğurlayıb. İ. Əhmədov oğurladığı avtomobili Sumqayıt şəhəri ərazisində aşırıb. İ. Əhmədov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR