DİN-in Polis Akademiyasında polis günü və tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib

DİN-in Polis Akademiyasında polis günü və tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib
# 02 iyul 2014 08:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN-in digər rəhbər şəxsləri tədbirdən əvvəl Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Polis Akademiyasında keçirilən tədbirdə nazir Ramil Usubov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.

Tədbirdə Ramil Usubov Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və “polis baş leytenantı “ xüsusi rütbələrinin poqonlarını təqdim edilib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirən İlkin Almazov yaş kötüyə rəmzi xatirə lövhəsini vurub.

Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR