Avropa Birliyinin sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli AB-nin əsas prioritetlərindən biri olaraq qalır”

Avropa Birliyinin sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli AB-nin əsas prioritetlərindən biri olaraq qalır”
# 09 dekabr 2013 13:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ermənistan-AB Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən iclasından sonra AB-nin fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Linas Linkeviçyus deyib.

O, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və xarici işlər nazirlərinin Kiyevdə keçirilən görüşlərini alqışlayıb: “Bu, çox mühüm addım idi və prosesi bu ruhda da davam etdirmək lazımdır”.

Nazir qeyd edib ki, AB Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in Minsk Qrupunun səylərini bundan sonra da dəstəkləməyə hazırdır: “Gərginliyi artıran aqressiv ritorika isə münaqişənin həllinə xidmət etmir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR