Samir Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri təyin edilib - YENİLƏNİB

Samir Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri təyin edilib - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2014 17:03 (UTC +04:00)

Bakı - APA. Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub.

Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb.

Moskva Dövlət Universitetində elmi işlə məşğul olub.

Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkədə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR