“Arşın mal alan” komediyası Fransada nümayiş olunacaq

“Arşın mal alan” komediyası Fransada nümayiş olunacaq
# 09 sentyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Fransada nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, TÜRKSOY-un təsis edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq sentyabrın 17-də Parisdə UNESCO-nun baş qərargahında konsert proqramı təşkil ediləcək. “Arşın mal alan” musiqili komediyası sentyabrın 17-də Parisdə, 19-da isə Strasburqda nümayiş olunacaq.

Azərbaycan, Qazaxıstan, Türkiyədən musiqiçi və sənətçilərin birgə iştirakı ilə təşkil olunacaq konsert proqramı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyinə həsr ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR