«Unibank» səsli mesaj xidmətini istifadəyə verib

«Unibank» səsli mesaj xidmətini istifadəyə verib
# 17 dekabr 2013 12:59 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC ölkənin bank bazarı üçün daha bir yeniliyə imza atıb və ilk dəfə olaraq yeni kommunikasiya kanalından istifadə etməyə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihə Bank müştərilərinə səsli mesajların çatdırılmasını nəzərdə tutur. Səsli mesajlarla müştərilərə onların kredit ödənişi tarixi, ödəniş kanalları, digər xidmət və məhsullar haqqında məlumat veriləcək.

Qeyd edək ki, hazırda «Unibank»ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Filiallar həftənin 6 günü nahar fasiləsi olmadan işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR