Bakıda iki tələbəni maşın vurub

Bakıda iki tələbəni maşın vurub
# 25 noyabr 2013 15:53 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev Prospektində 23-cü polis bölməsinin qarşısında qeydə alınıb.

90 JJ 571 dövlət nömrə nişanlı “İsuzu” markalı yük avtomobili yolu keçən peşə məktəbinin ikinci kurs tələbələri - 1993-cü il təvəllüdlü Elnarə Şakir qızı Həsənlini və 16 yaşlı Təbriz Nəriman oğlu Tağıyevi vurub. Hər iki piyada ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR