Prokurorluq və Polis İdarəsi paytaxtda sərnişin avtobuslarının toqquşması ilə bağlı birgə məlumat yayıb

Prokurorluq və Polis İdarəsi paytaxtda sərnişin avtobuslarının toqquşması ilə bağlı birgə məlumat yayıb
# 05 iyun 2014 14:29 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti üzrə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusu və Həsənov Müşfiq Zaur oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.


Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR