"Sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərin həllində medianın rolu” adlı seminar keçirilib

"Sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərin həllində medianın rolu” adlı seminar keçirilib
# 06 dekabr 2013 11:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün jurnalistlər üçün "Sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərin həllində medianın rolu” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən telejurnalist Emin Musəvi bildirib ki, prezident İlham Əliyev "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb: “Həmin sərəncam əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial xidmət haqqında” qanuna müvafiq olaraq ilk dəfə sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün müsabiqə keçirib. Müvafiq sahələr üzrə ixtisaslaşmış 19 təşkilat qalib gəlib. Nazirlik tərəfindən icra edilən layihələr təxminən 1390 nəfər sağlamlıq imkanları məhdud uşaq və onların ailələrini, 240 nəfər dövlət uşaq müəssisələrinə düşmə riski yüksək olan uşaq və onların ailələrini, 810 nəfər sosial təhlükəli vəziyyətdə olan uşaq və onların ailələrini əhatə edir”.

Tədbirdə çıxış edən deputat Etibar Hüseynov, telejurnalistlər Nərgiz Cəlilova, Pərviz Abubəkirov və digərləri bildiriblər ki, zorakılığa məruz qalmış uşaqların adlarının, soyadlarının televiziya proqramlarda, internet saytlarında qeyd olunması, qohumlarının üzləri açıq formada danışdırılması, yaşadıqları ünvanların göstərilməsi düzgün deyil. Bu cür hallar həmin uşaqlara mənfi təsir göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR