Əli İnsanovun işi üzrə məhkəmə istintaqı başa çatıb

Əli İnsanovun işi üzrə məhkəmə istintaqı başa çatıb
# 21 fevral 2014 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmə istintaqının tamamlanması xahiş edib. Ə. İnsanovun vəkilləri isə məhkəmə istintaqı başa çatmadığını əsas gətirərək, etiraz ediblər. Hakim dövlət ittihamçısının vəsatətini təmin edərək, məhkəmə istintaqının başa çatması barədə qərarı elan edib. Hazırda prosesdə fasilə elan olunub. Fasilədən sonra dövlət ittihamçısı çıxış edəcək.


Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, AİHM Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR