“PAŞA Bank” üçillik strategiya hazırlayır

“PAŞA Bank” üçillik strategiya hazırlayır
# 07 may 2014 11:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank” növbəti üç il üçün yeni strategiya hazırlayır.

APA-Economics”in məlumatına görə, bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib ki, 2015-2017-ci illəri əhatə edən strategiya sentyabr ayında bankın səhmdarlarına və Müşahidə Şurasına təqdim olunacaq: “Biz fikirləşdik ki, ilkin mərhələdə üç illik proqnoz daha doğru ola bilər. Fikrimizcə, bizim üç illik proqnoz daha doğru ola bilər, nəinki 5 illik. Amma bu o demək deyil ki, proqnoz və strategiya dövrü ərzində bu strategiyaya dəyişikliklər, əlavələr oluna bilməz. Yəni, bu da nəzərdə tutulub. Artıq bankda belə bir ənənə var. Strategiyaları işlədikcə, ona hansısa dəyişikliklər edilir”.

Əvvəlki strategiyada olduğu kimi bu dəfə də bank diqqəti qeyri-neft sektorunun dəstəklənməsinə yönəldib. Eyni zamanda, bank dövlət və neft sektoru ilə işləmək niyyətindədir: “Yeni fürsətlər, biznes imkanları yaransa, biz bu sahələrdə işləyən şirkətlərlə də çalışmağa hazırıq”.

F. Axundov əlavə edib ki, yeni strategiyada bankın Gürcüstan və lisenziya verildiyi təqdirdə Türkiyədəki fəaliyyətini də əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR