Zərdabda aztəminatlı ailələrə məktəbli forması və dərs ləvazimatları verilib - FOTO

Zərdabda aztəminatlı ailələrə məktəbli forması və dərs ləvazimatları verilib - <span style="color: red;">FOTO
# 13 sentyabr 2013 16:34 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdabda aztəminatlı ailələrə məktəbli forması və digər dərs ləvazimatları verilib. APA-nın yerli bürosunun məlumatına görə, şəhər Mədəniyyət Evində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər aztəminatlı ailələrdən olan məktəblilərə dövlət büdcəsinin vəsaiti hesabına məktəbli formalarının və müxtəlif dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. Sonra 326 məktəbliyə 30 min manat dəyərində məktəbli forması, o cümlədən kostyum, köynək, ayaqqabı, corab, qalstuk və 11 adda məktəb ləvazimatları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR