«Bakı Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Bakı Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 17 mart 2014 07:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Bakı Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Məlumata əsasən, emissiyanın həcmi 1 849 840 manat, bir səhmin nominal dəyəri 760 manat təşkil edir. Yerləşdirmədə anderrayter qismində «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 28,4% artaraq 8 373 680 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR