Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub
# 11 iyun 2014 08:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq edən şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vladislaf Arifoviç Nestrov tutulub. Müəyyən edilib ki, o, mayın 23-də orada yaşayan Gövhər Nəsibovanın baş nahiyəsindən daş parçası ilə vurub yerə yıxıb, qulağında olan qızıl sırğaları qopararaq qaçıb. İyunun 6-na keçən gecə o, İ. Hacıyev küçəsində yaşayan Təranə Eyvazovanın mənzilindən oğurluq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR