Penitensiar xidmətdə müşavirə keçirilib

Penitensiar xidmətdə müşavirə keçirilib
# 27 iyun 2014 16:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar xidmətin rəisi Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.

Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR