İşəgötürənlərə əmək müqavilələrinin bildirişlərini qeydiyyatdan keçirilməsi üçün verilən vaxt uzadılacaq - VİDEO

İşəgötürənlərə əmək müqavilələrinin bildirişlərini qeydiyyatdan keçirilməsi üçün verilən vaxt uzadılacaq - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 10:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə edilən dəyişiklik nəticəsində əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda sistem hazırdır, proqram təminatı məsələləri də həllini tapıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir deyib ki, iyulun 1-dən sistem tam fəaliyyətə başlayacaq.

“Ehtimal ki, gələn həftə ictimaiyyət üçün bu məsələnin təqdimatı keçiriləcək. İyulun 1-nə qədər işəgötürənlərə qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələri üzrə bildirişlərin qeydiyyatdan keçirməsinə imkan verilib, yəni iyulun 1-dən bütün sistem qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələr üzrə hazır olmalıdır. Lakin bir qədər həmin bildirişlərin formalarının müəyyən edilməsi prosesi gecikib. Bu iyunun 6-da təsdiq edilib. Hesab edirəm ki, işəgötürənlərə müəyyən qədər vaxt verməli olacağıq ki, iyul ayının 1-dən sonrakı 3 ayda əvvəllər bağlanmış əmək müqavilələrinin bildirişlərini qeydiyyatdan keçirsinlər”, - deyə S. Müslümov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR