Gəncədə 2 yaşlı uşağı maşın vurub - VİDEO

Gəncədə 2 yaşlı uşağı maşın vurub - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 07:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində evdən xəbərsiz küçəyə çıxan uşağı maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Zərrabi küçəsində baş verib. Evdən xəbərsiz küçəyə çıxan, 2012-ci il təvəllüdlü Ömər Qalib oğlu Əliyev yolla hərəkət edən, 31 yaşlı Bəhruz Quliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR