Deputat Ceyhun Osmanlının Xədicə İsmayıl barəsində Baş Prokurorluğa səs yazısı təqdim etməsi məsələsi parlamentdə qaldırılıb - YENİLƏNİB - VİDEO

Deputat Ceyhun Osmanlının Xədicə İsmayıl barəsində Baş Prokurorluğa səs yazısı təqdim etməsi məsələsi parlamentdə qaldırılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 10:09 (UTC +04:00)

APA-nın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə deputatın kiminsə səsini gizli yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması olduğunu bildirib və bunu deputata yaraşmayan hərəkət adlandırıb.

İ. Ağazadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında şəxsin gizli audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur: “Xüsusilə də deputatın bu işlə məşğul olması qəbuledilməzdir. Həmkarım Osmanlı bu barədə bizə açıqlama verməlidir”.

Spiker Oqtay Əsədovun İ. Ağazadəyə cavabı sərt olub: “İqbal Ağazadə, Sizin sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib? Yoxdursa, o zaman belə əsassız danışmayın”.

İqbal Ağazadənin dediklərinə deputat Fəzail Ağamalı da münasibət bildirib.

F. Ağamalı deyib ki, İ. Ağazadənin iradları düzgün deyil.

O qeyd edib ki, həmkarı C. Osmanlı qəbahət və qanunsuz iş tutmayıb: “Ceyhun Osmanlı Xədicə İsmayılın şəxsi həyatına qarışmayıb, sevgi macəralarını yazmayıb ki, qanuna zidd olsun? O, təsadüfən şahidi olduğu və tərkibində dövlətə xəyanət olan bir görüşü dövlət strukturlarına çatdırmaqla, vətəndaşlıq borcunu yerinə yetirib”.

Spiker Oqtay Əsədov F. Ağamalının çıxışına da münasibət bildirib: “Fəzail müəllim, bayaq başqa deputata dedim, indi də sənə deyirəm, axı niyə bura aid olmayan məsələləri plenar iclasda qaldırırsınız? Danışmalı başqa heç nəyiniz yoxdur?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR