Azərbaycanın bəzi rayonlarının ərazisindəki sürüşmə sahələrində monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycanın bəzi rayonlarının ərazisindəki sürüşmə sahələrində monitorinqlərin nəticələri açıqlanıb
# 31 may 2013 08:40 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında deyib ki, monitorinq 4 rayonu - Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarını əhatə edib: “İsmayıllı-Ağsu ərazisində aktivləşmə qeydə alınmayıb. Həmin ərazilərdəki yollarda isə çox cüzi aktivləşmə var”.

İyunun 3-dən isə cənub zonasındakı sürüşmə sahələrində monitorinqlər başlayacaq. Monitorinq 4 gün davam edəcək. Bundan sonra şimal rayonlarındakı sürüşmə sahələrində monitorinqlərə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR