Azərbaycanda elektron ticarət dövriyyəsi 1 mln. dolları ötüb

Azərbaycanda elektron ticarət dövriyyəsi 1 mln. dolları ötüb
# 11 iyun 2013 14:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 7,5 mlrd. manat və ya 2012-ci ilin beş ayı ilə müqayisədə 8,8% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 53,2%-i ərzaq, 46,8%-i qeyri-ərzaq mallarının hesabına formalaşıb, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi isə 4,4% artıb.

Yanvar-may aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 901,1 min manat təşkil edib.

Əhali on-line rejimində sifariş verdikləri istehlak mallarının 87,3%-ni hüquqi, 12,7%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 843,2 min manatını (93,6%-ni) qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR