Bakıda Neft-Qazçıxarma İdarəsində ölüm hadisəsi baş verib

Bakıda Neft-Qazçıxarma İdarəsində ölüm hadisəsi baş verib
# 04 fevral 2014 07:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda istehsalatda bədbəxt hadisə baş verib. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən Neft-Qazçıxarma İdarəsində qeydə alınıb. Oranın işçisi, 1953-cü il təvəllüdlü Həbib Məhəmmədhüseyn oğlu Hüseynov iş başında dünyasını dəyişib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR