Arif Hacılı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsindən sonra Müsavatın atacağı addımlardan danışıb

Arif Hacılı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsindən sonra Müsavatın atacağı addımlardan danışıb
# 03 dekabr 2013 17:05 (UTC +04:00)

Arif Hacılı APA-ya açıqlamasında deyib ki, Milli Şuranın sessiyasında Azərbaycan siyasətində tanınmayan, siyasi proseslərdə heç bir rolu olmayan şəxslər müxalifətin tanınmış simalarına qarşı kobudluq edib, öz davranışları ilə Milli Şurada normal diskussiyaların aparılmasına imkan verməyiblər.

A. Hacılı bu tipli adamların və qurumların Mili Şuraya qəbulunun əvvələn əleyhinə olduqlarını söyləyib: “Təəssüf ki, Milli Şura yaranarkən də bizim bu yöndə fikirlərimizi nəzərə almadılar. İndi də Azərbaycanın real siyasi qüvvələrinin, siyasi əqidəsi yaxın olan, üst-üstə düşən, Azərbaycanın gələcəyinə baxışları eyni olan təşkilatların bir arada olması ilə bağlı təkliflərimiz qulaqardına vuruldu. Milli Şuranın indi düşdüyü böhran məhz bununla bağlıdır. Sessiyanın gedişində kobud müdaxilələr Milli Şuradakı bəzi adamların bir arada olmasının qeyri-mümkün olduğunu təsdiq edir. Eyni zamanda biz hesab edirik ki, indiki şəraitdə Azərbaycanın gələcəyinə eyni cür baxan, düşünən siyasətçilərin, ziyalıların bir arada olması daha düzgündür. Belə olmadığı halda Milli Şuranın sessiyasındakı bugünkü gərginliklər daim yaranacaq. Müsavat Partiyası Milli Şurada fəaliyyəti ilə bağlı məsələni müzakirə edib, yekun qərar verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR