Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Milli Qurtuluş günü münasibətilə silsilə bayram tədbirlərinə start verilib

Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Milli Qurtuluş günü münasibətilə silsilə bayram tədbirlərinə start verilib
# 13 iyun 2014 09:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 15 İyun - Milli Qurtuluş gününün qeyd edilməsi ilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində təntənəli mərasimlər keçirilir.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanlar və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət qrup Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün cəbhə bölgəsində yerləşən hərbi hissələrdə səfərdədir.

Silsilə bayram tədbirləri iyunun 15-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR