İsveçrə İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırılıb

İsveçrə İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırılıb
# 30 yanvar 2014 10:46 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bununla bağlı İsveçrə Federal Şurası yanvarın 29-da bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları yanvarın 20-dən müvəqqəti ləğv etdiyini nəzərə alaraq, İsveçrə hökuməti də qiymətli metallar, neft-kimya məhsulları, xam neftin daşınması və sığortası, həmçinin maliyyə əməliyyatları və pul vəsaitlərinin köçürülməsinə qoyulmuş qadağanı bu il avqustun 14-dək ləğv edir. Bəyanatda həmçinin deyilir ki, iranlıların maliyyə transfertlərinin həcmi on dəfə artıb. İsveçrənin vitse-prezidenti Andrea Simonazzi bu addımın ötən il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq atıldığını açıqlayıb.

Qeyd edək ki, İsveçrə Avropa Birliyinin üzvü olmasa da, AB və ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara uyğun hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR