DSX Akademiyasında general-leytenant İnayət Xəlilovun anadan olmasının 75-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

DSX Akademiyasında general-leytenant İnayət Xəlilovun anadan olmasının 75-ci ildönümü münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 11 mart 2014 16:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasında sərhədçi, general-leytenant İnayət Xəlilovun anadan olmasının 75-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov çıxış edib. O, ömrünü Azərbaycanın dövlət təhlükəsizliyinin təminatına, sərhəd mühafizəsinin təşkilinə həsr edən general-leytenant İ.Xəlilovu yubiley münasibəti ilə təbrik edib.

Tədbirdə qeyd olunub ki, xidmət müddətində vətən, xalq və dövlət qarşısındakı borcunu vicdanla yerinə yetirən İ.Xəlilov bu gün böyük sərhədçi nəslinə əsl örnək və nümunədir.

Tədbirin sonunda İ.Xəlilov göstərilən diqqətə görə minnətdarlığını bildirib və gənc kursantlara öz tövsiyələrini verib.

Qeyd edək ki, general-leytenant İ.Xəlilov uzun müddət Azərbaycan Sərhəd Qoşunları komandanının birinci müavini – Baş Qərargah rəisi vəzifəsində çalışıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR